Fələstinli məhbuslar Qəzza razılaşması çərçivəsində İsrailli girovlar geri qayıtdıqdan sonra azad ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan brifinqdə bildirib.
"Sabah (13 oktyabr - red.) azadlığa buraxılması planlaşdırılan bütün girovlarımızın sərhədi keçərək İsraildə olduqlarına dair təsdiqi alan kimi fələstinli məhbuslar azad ediləcəklər", - nümayəndə vurğulayıb.
Onun sözlərinə görə, İsrail girovların qayıtması barədə təsdiqi alana qədər fələstinli məhbuslar artıq avtobuslara yerləşdiriləcək. "Təsdiq alan kimi avtobuslar yola düşəcək", - o əlavə edib.
Bizim.Media