Təl-Əvivdə Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına həsr olunmuş aksiya keçirilir.
Bizim.Media xəbər verir ki, tədbirdə ABŞ-ın Qəzza üzrə xüsusi elçisi Cek Uitkoff da iştirak edir.
Aksiya iştirakçıları “Təşəkkürlər, Tramp!” şüarını səsləndirirlər.
Qeyd edək ki, ötən gün İsrail və HƏMAS arasında Qəzza sektorunda atəşkəs rejimi ilə bağlı əldə olunmuş razılaşma qüvvəyə minib.
Bizim.Media