Gürcüstan ABŞ-la münasibətləri bərpa etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlama verib.
“Biz açıq şəkildə bəyan etdik ki, ABŞ ilə münasibətləri ağ vərəqdən və konkret yol xəritəsi əsasında bərpa etmək niyyətindəyik. ABŞ tərəfinin mövqeyini səbirlə gözləyəcəyik,” - deyə Kobaxidze bildirib.
Onun fikrincə, əsas məsələ Tbilisi və Vaşinqton arasında münasibətlərin yenidən qurulması üçün real addımlar atmaqdır.
Bizim.Media