Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında telefon danışığının təfərrüatları barədə paylaşım edib.
O qeyd edib ki, Trampla Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsi imkanlarını müzakirə edib: “ABŞ prezidentini Rusiyanın enerji infrastrukturumuza endirdiyi zərbələr barədə məlumatlandırdım. Hava hücumundan müdafiəmizi gücləndirmək imkanlarını müzakirə etdik.
Əgər ABŞ prezidentinə Yaxın Şərqdə müharibəni dayandırmaq müvəffəq olursa, deməli, digər müharibələri də, o cümlədən Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni də dayandırmaq mümkündür”, — deyə prezident əlavə edib.
Zelenskinin sözlərinə görə, Tramplа söhbət məhsuldar keçib.
Bizim.Media