Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ni Venesuela ilə gərginliyi dərhal dayandırmağa və “bərpaolunmaz səhv” etməməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bu səhv hərbi əməliyyat olardı. Nebenzya qeyd edib ki, Rusiya Venesuela yaxınlığında gəmilərə endirilən ABŞ zərbələrini qəti şəkildə pisləyir.
Diplomat əlavə edib ki, ABŞ Venesuelada özünə xoş gəlməyən rejimi dəyişməyə çalışır, bunun üçün isə “rəngli inqilabların klassik alətlərindən” istifadə edir.
Bizim.Media