Təxminən 200 amerikalı hərbçi atəşkəs dövründə Qəzzada mülki-hərbi əməkdaşlıq mərkəzi yaratmaq məqsədilə İsrailə gəlməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hərbçilər birbaşa Qəzzaya daxil olmayacaqlar. Onların əsas vəzifəsi humanitar yardımın koordinasiyası, logistika, təhlükəsizlik məsələləri və mülki idarəetməyə keçidin izlənməsi olacaq.
Telekanalın məlumatına görə, mərkəzin yerləşdirilməsi ilk mərhələdədir və bu proses bir neçə həftə çəkə bilər.
Bizim.Media