Qəzzaya humanitar yük aparan gəmidə İsrail tərəfindən saxlanılan iki Azərbaycan vətəndaşı sərbəst buraxılıb.
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “apa.az”ın sorğusuna cavab olaraq bildirib.
“Onlar təyyarə ilə Türkiyəyə yola salınıb”, - o əlavə edib.
Qeyd edək ki, İsraildə saxlanılan Azərbaycan vətəndaşları - Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.
Bizim.Media