Rusiya Prezidenti Vladimir Putinin jurnalistlər üçün keçirdiyi ənənəvi mətbuat konfransında maraq doğuran suallardan biri də “MDB təfədaşlarının itirilməsi təhlükəsi ilə bağlı” olub.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, jurnalist Putinə “Rusiya MDB tərəfdaşlarını itirə bilərmi?” sualını ünvanlayıb. Kreml rəhbərinin cavabı isə belə olub:
“Post Sovet ölkərində baş verənlər onların öz yollarının axtarışıdır. Məsələn Qırğızıstan həyat şəraitini qərb ölkələri kimi yaxşılaşdırmaq istəyir. Amma hələ müəyyən çatışmazlıqlar var''.
''Moldova lideri Maya Sandu Dnestr bölgəsindən sülhmıəramlıların çıxarılmasını istəyir. Nə demək olar? Maya Sandunun özü Rumıniya vətəndaşıdır. Belarusa gəlincə, o ölkənin xalqı özü nə istədiyini müəyyənləşdirməlidir”.
Bizim.Media