Yanvarın 12-nə təyin edilmiş Rusiya – NATO Şurasının iclasının gündəliyi açıqlanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, iclasda Avropada təhlükəsizlik, Ukraynadakı vəziyyət və hərbi şəffaflıqla bağlı məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabında yazıb.
“Mən Avropada təhlükəsizlik, Ukraynada son vəziyyət, risklərin azaldılması və qarşılıqlı şəffaflıq məsələlərini müzakirə etmək üçün yanvarın 12-nə Rusiya – NATO Şurasının iclasını çağırdım” – deyə, Alyansın rəhbəri bildirib.
Bizim.Media
