İranda yol qəzasında 8 əcnəbi vətəndaş həyatını itirib.
Bizim.Media-nın məlumatına görə, Xaş şəhərindən İranşəhr şəhəri istiqamətində hərəkət edən “Pejo” markalı avtomobil aşıb. Avtomobilin aşması nəticəsində 8 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzada həlak olan və yaralan şəxslərin İrana qanunsuz səfər etmiş əcnəbi vətəndaşlar olduğu bildirilib.
Bizim.Media