İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində “Eurocopter AS565 Panther” hərbi helikopteri qəzaya düşüb.
Bizim.Media-nın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Helikopterin göyərtəsində 3 pilot olub, onlardan ikisi – polkovnik-leytenant və kapitan həlak olub. Digər pilot – kapitan isə ağır yaralanıb.
Helikopterin yanvarın 3-də axşam saatlarında Hərbi Hava Qüvvələrinin Ramat- Daviddəki aviabazasından Hayfa sahillərində təlim uçuşu üçün havaya qalxdığı və naməlum səbəbdən dənizə düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media