Bir neçə ölkədə iqlimə xas olmayan yağışlar ciddi fəsadlara yol açıb.
Bizim.Media “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində 3 gündür davam edən yağışlar infrastruktura ciddi ziyan vurub.
Şəhərlərin əksəriyyətində yağış kanalizasiyası nəzərdə tutulmadığı üçün nəqliyyatın və piyadaların hərəkəti iflic olub.
Ən ağır vəziyyət Dubay, Abu-Dabi və Şarja şəhərlərində müşahidə olunur. Ekspertlər bildirirlər ki, leysana süni yağışyağdırma texnologiyasından ifrat istifadə səbəb olub.
Oxşar vəziyyət Küveytdə və Omanda da müşahidə olunub.
Sinoptiklər əlverişsiz havanın yanvarın 5-dək davam edəcəyini bildiriblər.
Bizim.Media