Ukrayna hökuməti Rusiya ilə sərhədlərin qismən bağlanması barədə qərar qəbul edib. Musavat.com xəbər verir ki, məlumatı UNN Ukraynanın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən yayıb.
Nazirlər Kabineti Luqansk vilayətində yeddi, Donetsk vilayətində isə bir buraxılış məntəqəsinin bağlanmasına qərar verib.
Ukrayna XİN-ə Rusiya tərəfinə qəbul olunan qərarla bağlı məlumat vermək tapşırılıb.