Çexiyanın keçmiş prezidenti Vatslav Klausa qoruyucu maskadan düzgün istifadə etmədiyinə görə, 3min kron (təxminən 135 dollar) məbləğində cərimə kəsilib.
Bizim.Media xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.
Məlumata görə, 17 noyabrda Praqa mərkəzində keçirilən kütləvi tədbir zamanı Klaus bilərəkdən maskanı yalnız çənəsinə taxıb.
Epidemiya qaydalarını pozduöuna görə, Çexiyanın Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Roman Primula da cərimələnib.
Noyabr ayında Avropa Birliyində iki həftə ərzində koronavirus infeksiyasından ən çox ölüm sayı Çexiya, Belçika və Bolqarıstanda qeydə alınıb.
Bizim.Media