Braziliyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Globo” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.
Hadisə bu gün səhər San-Paulu ştatında baş verib.
Belə ki, içərisində 5 nəfər sərnişin və iki ekipaj üzvünün olduğu təyyarə yerli vaxtla təxminən saat 09:00-da Pirasikaba şəhər aeroportundan havaya qalxıb və uçuşdan qısa müddət sonra yerli universitetin ərazisinə düşüb.
Qəza nəticəsində təyyarə yanıb, 7 nəfər ölüb.
Bizim.Media