Avropanı III Dünya Müharibəsi XAOSU BÜRÜDÜ – Yeni savaşın “Pearl Harbor”u bu ölkə OLACAQ

Son dövrlər bir sıra Avropa liderləri ardıcıl şəkildə Rusiya ilə müharibənin qaçılmaz olduğunu bəyan edirlər. 

“Hamı müharibəyə hazırlaşır”

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa ölkələri daxilində müdafiə xərclərinin artmasını yaxınlaşan böyük toqquşmanın əlaməti kimi dəyərləndirib.

“Əgər ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırırsınızsa, bu, çox böyük rəqəmdir. Bu o deməkdir ki, hamı müharibəyə hazırlaşır. Sual isə budur: kim hansı tərəfdə olacaq? Biz müharibədən qaçmaq istəyirik”, – deyə Vuçiç bildirib.

Onun sözlərinə görə, dünya artıq “sülhdən danışmağı dayandırıb”:

“Ölkələr səngərlər qazır, hər kəs siqnalı gözləyir. Sülh haqqında danışan qalmayıb”. 

“Rusiya-Qərb savaşı qaçılmazdır”

Qeyd edək ki, bundan əvvəl Baltikyanı ölkələrin liderlərinin açıqlamaları da Rusiya ilə Qərb arasında müharibənin qaçılmaz olduğuna işarə sayıla bilər. 

Həmçinin, Fransa, Almaniya və Böyük Britaniya kimi aparıcı Avropa ölkələrin müharibəyə hazırlıq istiqamətində atdığı addımlar da vəziyyətin məhz sözügedən istiqamətdə cərəyan etdiyini göstərir. 

Digər tərəfdən, Çin də mövcud durumdan istifadə edib, Tayvan problemini həll etməkdə israrlıdır. ABŞ isə buna imkan verməyəcəyini bəyan edir. 

Bu arada Litvanın keçmiç xarici işlər naziri Qabrielyus Landsberqis Avropanın “Pearl Harbor”la üz-üzə qalacağını istisna etməyib: 

“Biz onsuz da müharibə vəziyyətində ola biləcəyimiz reallığını qəbul edirikmi, yoxsa hələ də vəziyyətin nəzarət altında olduğuna inanırıq? Biz eskalasiyanın adekvat reaksiyalar olmadan davam etməsinə icazə veririk. Bu belə davam edərsə, Avropa “Pearl Harbor”la üz-üzə qalacaq, eskalasiyanı görməzlikdən gəlmək o qədər qeyri-mümkün olacaq ki, bu, Qərbin oyanmasına gətirib çıxaracaq".

Qeyd edək ki, 1941-ci ilin dekabrın 7-də Yaponiyanın hərbi təyyarələri ABŞ-a məxsus “Pearl Harbor” limanına hücum edərək, xeyli sayda Amerika hərbiçi və hərbi texnikanı məhv edirlər.

Yalnız bundan sonra ABŞ Dünya Müharibəsinə daxil olur. 

Görəsən III Dünya Müharibəsinin “Pearl Harbor”u hansı ölkə və yaxud ölkələr olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, növbəti dünya müharibəsinin “Perl Harbor”u Suriya və ya Tayvan ola bilər:

“III Dünya Müharibəsinin işartıları artıq qabarıq şəkildə özünü büruzə verir. Cənubi Amerika Venesueladan başlayaraq, Uzaq Şərqdə Tayvana qədər, habelə Yaxın Şərq, Ukraynada bu hal özünü göstərir. Böyük qlobal müharibəni istəyənlər ciddi şəkildə ona hazırlaşır.

 Tramp Böyük Britaniyaya son səfərindən qayıtdıqdan sonra onun davranışında 180 dərəcəlik dönüş yaranıb. Həmin səfərə qədər o yalnız sülhdən danışırdı, lakin ondan sonra başqa cür düşünməyə başlayıb. Tranp Rusiya ilə bağlı daha sərt mövqeyə keçib. Ukraynaya ağır raketlərin verilməsi müzakirə edilir. Avropa İttifaqında da proseslər təhlil olunmaqla yanaşı, ona hazırlıq da gedir”. 

Suriya və ya Tayvan növbəti “Perl Harbor” olacaq. 

Ekspert qeyd edir ki, prosesdə ən zəif bənd qismində Avropa İttifaqı çıxış edir:

“Onların səlahiyyət dairəsi daralıb. Prosesdə “Pearl Harbor” fiquruna namizəd rolunda isə Suriya və Tayvanın adını çəkə bilərəm. Hər halda ən yaxın zamanda böyük fəlakətə səbəb olacaq proseslər baş verəcək. Təsadüfi deyil ki, Rusiya, Çin, İran, Pakistan artıq bir cərgədə birləşirlər. Həmin cərgə böyüyə də bilər. Hər halda bir neçə kiçik, orta səviyyəli münaqişə ocaqları birdən-birə böyüyərək vahid bir oda çevrilə bilər”.

Rüfət Sultan, Bizim.Media    
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO