Tibb sahəsində 2025-ci ilin Nobel Mükafatının laureatları açıqlanıb.
Bizim.Media xəbər verir ki, mükafat “periferik immun tolerantlıq”la bağlı kəşflərinə görə Mari Brunkov, Fred Ramsdell və Şimon Sakaguçiyə təqdim olunub.
Bu kəşflər immun sisteminin öz hüceyrələrinə qarşı dözümlülüyünü necə qoruduğunu anlamaqda mühüm rol oynayır və autoimmun xəstəliklərin müalicəsi üçün yeni imkanlar açır.
Bizim.Media