“HƏMAS ilə müharibənin dayandırılması və girovların azad edilməsi üzrə danışıqlar “müsbət istiqamətdə” gedir. Texniki komandalar bazar ertəsi Misirdə detalları razılaşdırmaq üçün görüşəcəklər”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.
“Məlumat verdilər ki, birinci mərhələ bu həftə başa çatmalıdır və hər kəsi tez hərəkət etməyə çağırıram.
Mən bu çoxəsrlik “konflikti” izləməyə davam edəcəyəm. Zaman hər şeydir, əks halda kütləvi qan töküləcək. Bu isə heç kimin görmək istəmədiyi şeydir”, – Tramp vurğulayıb.
Bizim.Media