Suriyada hakimiyyət dəyişikliyindən sonra birpalatalı parlament olan Xalq Şurasına ilk səsvermə başa çatıb və hazırda səslər hesablanır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Xalq Şurasına Seçki üzrə Ali Komitənin sözçüsü Nuvar Nəcmə məlumat verib.
Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Dəməşqdəki Milli Kitabxanada seçki məntəqəsində çıxış edərək, ölkənin müharibə və xaosdan mütəşəkkil seçki fəaliyyətinə keçməyi qısa müddət ərzində bacardığını bəyan edib. O həmçinin qeyd edib ki, yeni parlament çoxsaylı dondurulmuş qanun layihələrini nəzərdən keçirməli olacaq.
Bizim.Media