Oreqon ştatının dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın Portlendə Milli Qvardiya qüvvələrini göndərərək iğtişaşlarla mübarizə aparmasına, Miqrasiya və Gömrük İdarəsi (ICE) obyektlərini qorumasına müvəqqəti qadağa qoyub.
Bizim.Media xəbər verir ki, məhkəmənin qərarı elektron bazada dərc olunub.
Qərarda qeyd edilir: «Məhkəmə iddiaçıların müvəqqəti qadağanedici göstəriş tələbinə razılıq verir».
Qadağa 18 oktyabr tarixinədək qüvvədə olacaq.
Bizim.Media