İranda artıq məcburi hicab qaydasının icrasına ehtiyac qalmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı yazıb.
Məlumata görə, İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib ki, hicabla bağlı qanunun icrası hüquqi baxımdan artıq mümkün deyil:
“Hicab taxmaqla bağlı heç bir cəza, cərimə və ya inzibati tədbir görülməyəcək. Bu barədə polis orqanlarına da məlumat verilib.”
Xatırladaq ki, bir qədər əvvəl İran Prezidenti Məsud Pezeşkian da mövzuya münasibət bildirərək demişdi:
“Zorla heç bir nəticə əldə edilə bilməz.”
Bizim.Media