Yaponiyada ilk dəfə olaraq qadın baş nazir olacaq.
Bizim.Media xəbər verir ki, ölkə hökumətinə 64 yaşlı Sanaa Takaichi rəhbərlik edəcək.
O, əvvəllər Daxili İşlər Nazirliyinin rəhbəri olub, Trampla ticarət sazişinin yenidən nəzərdən keçirilməsinin tərəfdarı kimi çıxış edib, həmçinin ölkə konstitusiyasının dəyişdirilməsini və Tayvanla “yarım-təhlükəsizlik ittifaqı” bağlanmasını təklif edib.
Takaichi həmçinin Çinə qarşı sərt tənqidləri və Ukraynaya verdiyi dəstək ilə tanınır.
Qeyd edək ki, əvvəlki baş nazir Şigeru İşiba isə sentyabr ayının əvvəlində istefa verib.
Bizim.Media