Rusiya Çinə adanın hərbi yolla ələ keçirilməsinə hazırlaşmaqda kömək edir.
Bizim.Media xəbər verir ki, bunu Tayvan Milli Təhlükəsizlik Şurasının baş katibi Cozef Vu X sosial şəbəkəsində bildirib.
“Rusiya və Çin hərbi əməkdaşlıq edir. Moskva Pekinə Tayvanın hərbi işğalına hazırlaşmaqda köməklik göstərir, halbuki Çin Xalq Respublikası Putinin Ukraynaya qarşı apardığı müharibəni təmin edən əsas amil olaraq qalır”,— deyə paylaşımda qeyd edilib.
Bizim.Media