İranda helikopter qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qızıl Aypara Təşkilatının Lorestan əyaləti üzrə nümayəndəsi Əli Məhəmmədi məlumat verib.
Qeyd olunur ki, helikopter Oştorankuhdakı dağlıq ərazidə 4000 metr yüksəklikdə itkin düşən qadının axtarışı və xilas edilməsi üçün göndərilib.
Kabinəsində 8 nəfər olan helikopter 2800 metr hündürlükdə qəzaya uğrayıb.
Hazırda bölgəyə Lorestandan 6 əməliyyat qrupu göndərilib və hadisə ilə bağlı axtarışlar davam edir.
Bizim.Media