Gürcüstan hökumətinin qərarı ilə oktyabrın 3-ü ölkədə istirahət günü elan olunub.
Bizim.Media xəbər verir ki, müvafiq fərmana əsasən, sabah inzibati orqanlarda çalışan işçilər üçün istirahət günüdür.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçiriləcək. Üçgünlük istirahətdən sonra ölkədə oktyabrın 6-sı rəsmi iş günü olacaq.
Bizim.Media