Rusiya oktyabr ayında öz sədrlik dövründə yeni BMT baş katibinin seçilməsi prosesini başlatmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya, BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın mənzil-qərargahında jurnalistlər üçün keçirilən mətbuat konfransında fəaliyyət proqramını təqdim edərkən bildirib.
O həmçinin qeyd edib ki, BMT-nin Rusiyaya qarşı sanksiyaları mümkün deyil.
“Ukraynaya “Tomahawk” raketlərinin verilməsi döyüş meydanındakı vəziyyəti dəyişməzdi, Rusiya buna cavab tapardı. ABŞ-nin yeni sanksiyaları tətbiq olunarsa, Rusiya bunun öhdəsindən gələcək”, - Nebenzya deyib.
Qeyd edək ki, hazırda Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdir.
Bizim.Media