Hazırda Rusiya biznesmenləri İlya Repinin məşhur “Volqada burlaqlar” tablosundakı kimi qayıqları çiyinlərində dartan burlaqları (Burlaqlar – iri gəmiləri, əsasən yelkənsiz barjaları çaylardan iplə dartaraq sahilə aparan fəhlələrdir) xatırladır.
Bizim.Media xəbər verir ki, bu fikri iş adamı Oleg Deripaska öz Telegram kanalında bildirib.
“Rus sahibkarı, müqəddəs sayılan Vətənimizdə biznes aparan insan, təxminən indi belə görünür”, – deyə Deripaska yazıb.
O, fonunda çəkilən barjanı isə “Rusiya bank sisteminin batmaz atı” adlandırıb.
Bizim.Media