Macarıstan öz hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını vuracaq.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Döyüşçülərin saatı” adlı podkastda bəyan edib.
Aparıcının sualına cavab verərkən (dronların rus mənşəli olduğu nəzərdə tutulurdu), Orban qeyd edib ki, Macarıstan qorxu hissi keçirmir və onları vuracaq.
Bundan əlavə, siyasətçi Avropa İttifaqının hər baxımdan Rusiyanı üstələdiyini vurğulayıb.
“Avropa bütün ölçülərdə daha güclüdür, Rusiya isə həm hərbi, həm iqtisadi, həm də sayca daha zəifdir. O, bizə zərər verə bilməz. Biz güclü bir birlik kimi davranmalıyıq”, – Orban bildirib.
Bizim.Media