İsrailin baş naziri Binyamin Netanyahu Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl-Tanidən HƏMAS rəhbərliyini məhv etmək məqsədilə Dohaya edilən son hücuma görə üzr istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “N12” kanalı məlumat yayıb.
Qeyd olunur ki, Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü zamanı Əl-Tani ilə telefon danışığı apararaq 9 sentyabrda Qətər paytaxtına edilən hücuma görə üzr istəyib.
Qeyd edilir ki, İsrail baş naziri hücum nəticəsində Qətərin təhlükəsizlik xidmətinin əməkdaşının həlak olmasına görə təəssüfünü ifadə edib.
Bizim.Media