“Avropada Rusiyaya qarşı müharibəyə hazırlaşanlar var”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışının yekunlarına dair mətbuat konfransında bəyan edib.
“Biz dəyərləndiririk ki, ABŞ ən vacib məqamı anlayır: dövlətlərin bir-biri ilə danışmaqdan imtina etməsi düzgün deyil. Bir-biri ilə danışmamaq — bu, cinayətdir. ABŞ-nin Rusiya ilə açıq və səmimi dialoq kursundan geri çəkildiyini müşahidə etmirik”, - Rusiya XİN rəhbəri deyib.
Bizim.Media