“İstənilən cəhdlər - Rusiyanı guya məsuliyyətə cəlb etmək üçün Avropa Şurası çətiri altında yaradılan hüquqi mexanizmlər uğursuzluğa məhkumdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Aİ ölkələrinin Rusiya əleyhinə “hüquqi təzyiqi” gücləndirmək məqsədilə “Ukrayna üçün beynəlxalq iddia komissiyası” adlı konvensiya layihəsi üzərində işləməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu cür qurumların əsl məqsədi Kiyev rejiminin Rusiyaya qarşı maddi tələblərini əsaslandırmaq və Qərbdə dondurulmuş Rusiya suveren aktivlərinin “oğurlanması” üçün informasiya zəmini yaratmaqdır.
“Belə strukturları dəstəkləyən istənilən dövlətin və ya beynəlxalq təşkilatın fəaliyyəti Rusiyaya qarşı düşmən addım kimi qiymətləndiriləcək və adekvat cavabını alacaq,” – deyə Zaxarova vurğulayıb.
Bizim.Media