Avropa İttifaqının digər ölkələrlə əlaqələrinə cavabdeh olan Avropa Xarici Əlaqələr Xidməti, hazırlanmaqda olan 19-cu sanksiyalar paketi çərçivəsində, Aİ ölkələrində uzunmüddətli ezamiyyətdə olan rus diplomatlarının İttifaq daxilindəki hər bir hərəkətləri barədə öncədən məlumat vermələrini tələb etməyi təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin mənbəsinin bildirdiyinə görə, belə bir bildiriş sisteminin tətbiqi Aİ üzv dövlətlərinə istədikləri halda rus diplomatlarının girişinə qadağa qoymaq imkanı verəcək.
Bizim.Media