Türkiyə və ABŞ dinc atom sahəsində strateji əməkdaşlıq haqqında saziş imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat yayıb.
Alparslan Bayraktar iki ölkə arasında mülki nüvə energetikası sahəsində strateji əməkdaşlığa dair qarşılıqlı anlaşmanın əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, bu saziş Türkiyə və ABŞ arasında nüvə sahəsində yeni bir mərhələnin əsasını qoyur.
Bizim.Media