İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi ABŞ-a daha uzun marşrutla yola düşüb. Səbəb isə Fransanın hava məkanından yayınmaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.
Məlumata görə, bu qərar Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ona qarşı çıxardığı həbs orderləri ilə bağlı təhlükələrdən sığortalanmaq üçün qəbul edilib.
Netanyahunun reysi Fransanın hava məkanına daxil olmayaraq başqa istiqamət üzərindən ABŞ-a uçub.
Qeyd edək ki, BCM-in qərarları rəsmi Paris tərəfindən tanındığı üçün Fransa ərazisində Baş nazirin həbsi hüquqi baxımdan mümkün olardı.
Bu səbəbdən Netanyahunun marşrutu dəyişdirilib.
Beləliklə, İsrail hökumət başçısı beynəlxalq təzyiqlər fonunda ABŞ səfərinə gedərkən ehtiyat tədbirləri görməyə məcbur olub.
Bizim.Media