ABŞ-ın Dallas şəhərindəki Miqrasiya və Gömrük Polisinin (ICE) yerli şöbəsində baş verən atışma nəticəsində azı üç nəfər yaralanıb.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə ICE-in direktoru səlahiyyətlərini icra edən Todd Layons bildirib.
"Son məlumatlara görə, üç yaralı var. Onlar xəstəxanaya yerləşdirilib", - o qeyd edib.
Bildirilib ki, hadisənin təfərrüatları dəqiqləşdirilir.
Bizim.Media