Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT tribunasından Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayıb.
Bizim.Media xəbər verir ki, Tokayev bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.
Tokayev BMT Təhlükəsizlik Şurasında islahatla bağlı Azərbaycan prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyib:
“Asiya, Afrika və Latın Amerikasının böyük dövlətləri Təhlükəsizlik Şurasında rotasiya əsasında təmsil olunmalıdır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində BMT-də islahatların aparılmasının vacibliyini vurğulayıb və Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının önəmini qeyd edib.
Bizim.Media