NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

NATO Rusiyanı yeni təxribatlar halında hərbi cavabla hədələyib.

Bizim.Media “Kommersant.ru”ya istinadla xəbər verir ki, buna səbəb Estoniya hava məkanına üç Rusiya qırıcı təyyarəsinin daxil olması olub. NATO qüvvələri təyyarələri havaya qaldıraraq onların qarşısını alıblar.

Alyans bildirib ki, Moskvanın bu kimi addımları “məsuliyyətsiz davranışın” göstəricisidir və 5-ci maddə çərçivəsində bütün zəruri tədbirləri görməyə hazırdır.

Məlumata görə, hava məkanının pozulması halları Finlandiya, Latviya, Litva, Norveç və Rumıniyada da qeydə alınıb.

İsveçin müdafiə naziri Pol Yohnson isə bəyan edib ki, Stokholm sərhədlərini qoruyacaq və lazım gələrsə, silahlı qüvvələrdən istifadə etməyə hazırdır. Onun sözlərinə görə, hökumət orduya İsveç hava məkanını pozan obyektlərlə davranış qaydaları barədə təlimat verib: “Bura zərurət yaranacağı halda əvvəlcədən xəbərdarlıqla və ya xəbərdarlıq etmədən güc tətbiq etmək hüququ daxildir”.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Uolts isə vurğulayıb ki, Rusiyanın Avropadakı eskalasiya yönümlü addımları, xüsusilə NATO ölkələrinin hava məkanına müdaxiləsi ciddi təhdid yaradır və dərhal dayandırılmalıdır. Onun sözlərinə görə, Moskvanın bu hərəkətləri Kremlin ya qəsdən münaqişəni digər ölkələrə yaymaq istədiyini, ya da öz pilotları və PUA operatorlarına nəzarəti itirdiyini göstərir:


“Hər iki hal son dərəcə narahatedicidir, çünki söhbət qlobal ambisiyalara malik nüvə dövlətindən gedir”.

Qeyd edək ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanı NATO ölkələrinə qarşı yeni təxribatlardan çəkinməyə çağırmışdı.
“Ukraynanı işğal etmək cəhdlərinizi heç kim dəstəkləmir və biz qorxmayacağıq. Əgər hər hansı raket və ya digər obyekt qəsdən və ya təsadüfən bizim hava məkanımıza daxil olub vurularsa, qalıqları NATO ərazisinə düşsə, gəlib şikayət etməyin. Sizi xəbərdar etdik”, – deyə Sikorski bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

End of content

No more pages to load

RADİO