Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Latviyanın paytaxtı Riqada Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunan şəxslərin məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, hadisədə ittiham olunan qruplaşmanın rəhbərinin Əli Xəlilov adlı azərbaycanlı olduğu bildirilir.

İstintaq materiallarına görə, qruplaşma Qərb sanksiyalarını pozaraq Rusiya ordusuna “Starlink” internet modulları və digər hərbi təyinatlı avadanlıqlar satıb. Məlumata görə, Əli Xəlilov uzun müddətdir Riqada yaşayır.
 

Prokurorluğun bildirdiyinə görə, Əli Xəlilov sxemin əsas təşkilatçısı olub, digər şəxslərə tapşırıqlar verib. Onunla birlikdə Danila Qotsulyak, Alen Navitskas və Mariya Mixeyeva da ittiham olunur. Onlar Əli Xəlilovun göstərişləri ilə hesablar açıblar, malların daşınmasını izləyiblər və avadanlıqları təhvil alıblar.


İstintaqın gedişində məlum olub ki, qruplaşma "SpaceX" şirkətinə məxsus 60-dan artıq “Starlink Mini Kit” avadanlığını qanunsuz yolla Rusiyaya ötürüb. Avadanlıqlar yük və sərnişin daşıyan sürücülərin köməyi ilə gizli şəkildə sərhəddən keçirilib. Məlumatlar Latviya ictimai televiziyasının “De facto” proqramında səsləndirilib.

Prokurorun sözlərinə görə, bu avadanlıqlardan 45-i Moskvadakı məşhur “Qorbuşka” bazarında satılıb. Daha sonra cihazlar Çeçen bölmələri ilə əlaqəli şəxslərin əlinə keçib və işğal altındakı Luqansk bölgəsinə göndərilib.

İttihama əsasən, Əli Xəlilov bəzi cihazların giriş məlumatlarını da rus tərəfinə ötürüb.

Qruplaşmanın fəaliyyəti yalnız “Starlink”lə məhdudlaşmayıb. İstintaq materiallarında Rusiyaya müxtəlif hərbi təyinatlı malların da keçirildiyi göstərilir. Buraya hərbi çantalar və silah karkasları, optik nişangahlar və kalibratorlar, güllələrin sürətini ölçən xronoqraflar, ballistik kalkulyatorlu portativ meteoroloji stansiyalar daxildir.

Bundan əlavə, iddialara görə, Əli Xəlilov Bolqarıstan və Almaniya üzərindən şirkətlər quraşdıraraq Polşadan güllə və giliz alıb, Rusiyaya göndərib.

Prokurorluq hesab edir ki, ümumi sövdələşmələrin məbləği 200 min avrodan çoxdur. ABŞ şirkətlərindən birinə verilən sifarişin dəyəri isə 100 min avro təşkil edib.

Məhkəmə iclasında Əli Xəlilov və digər ittiham olunanların ifadələri dinlənilir. Hazırda o, Riqanın Mərkəzi həbsxanasında saxlanılır. Prokuror hesab edir ki, mallar birbaşa Rusiya Silahlı Qüvvələrinin əlinə keçib, lakin qəti hökm yalnız məhkəmə tərəfindən veriləcək.

Latviyanın Dövlət Təhlükəsizlik Xidməti bildirir ki, qruplaşmanın fəaliyyəti 2024-cü ilin iyunundan oktyabrınadək davam edib. Hələ də müəyyən edilməmiş bir neçə nəfərin işə qarışdığı güman olunur. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

End of content

No more pages to load

RADİO