“Beynəlxalq ictimaiyyət İordan çayının qərb sahilində aparılan işğal siyasətini, Şərqi Qüdsdə fakt qarşısında qoyma cəhdlərini və bölgədə sabitliyi pozmağa yönəlmiş təşəbbüsləri dayandırmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də keçirilən BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
Ərdoğan BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham etdikdən sonra səs bir anda kəsilib.
Türkiyə mediası bunun "qəsdən törədilmiş sabotaj" olduğunu iddia edir.
Bizim.Media