Avropa İsrail gərginliyi PİK HƏDDƏ – Fələstin problemi qlobal qarşıdurmaya ÇEVRİLİR

Son iki gündə Kanada, Avstraliya və Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyıb.

Bu barədə hər üç ölkənin baş nazirləri məlumat verib. Kanada Baş naziri Mark Karni bildirib ki, 1947-ci ildən bəri hər bir Kanada hökumətinin siyasəti Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll yolunu dəstəkləməkdən ibarətdir:

“Bu, suveren, demokratik yaşaya bilən Fələstin Dövlətinin yaradılmasını şərtləndirirdi”.

“Bu gün Fələstinlilər və İsraillilər üçün sülh və iki dövlətli həll ümidini bərpa etməyə görə Böyük Britaniya Fələstin Dövlətini rəsmən tanıyır”, - Kir Starmer “X” sosial media səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Netanyahudan sərt BƏYANAT: “Fələstin dövləti olmayacaq” - VİDEO


Avstraliyanın Baş naziri Antoni Albanese xarici işlər naziri Penny Vong ilə birgə bəyanatında “Avstraliya müstəqil və suveren Fələstin Dövlətini tanıyır” deyə vurğulayıb.

Ötən gün Portuqaliya da Fələstin dövlətini tanıyıb. Qərarı respublikanın xarici işlər naziri Paulo Rangel elan edib.

Fələstindən reaksiya

Təbii ki, Avropa dövlətlərinin bu addımı Qüdsdə bayram əhval-ruhiyyəsi yaradıb. Məsələn Fələstin Milli Administrasiyasının (FMA) sədri Mahmud Abbas bəzi ölkələrin Fələstin dövlətçiliyinin tanınması ilə bağlı üzərlərinə götürdükləri bütün öhdəliklərə sadiqliyini təsdiqləyib.
 

Abbas bildirib ki, hazırkı prioritet Qəzza zolağında atəşkəs, humanitar yardımların çatdırılmasına başlanması, bütün girov və əsirlərin azad edilməsi, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması və bərpa prosesinin başlanmasıdır.


Lakin bəzi Avropa dövlətlərinin son mövqeyi rəsmi Təl-Əvivi hövsələdən çıxarıb. İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Fələstini tanıyan dövlətlər terroru mükafatlandırır:

“Fələstin dövləti olmayacaq”.

Onun sözlərinə görə, İordan çayının qərb tərəfində Fələstin dövlətinin yaradılması istisnadır və BMT Baş Assambleyasından qayıtdıqdan sonra cavab tədbirləri görəcəyi ilə hədələyib.

O vurğulayıb ki, uzun illər “terrorçu dövlətin” yaranmasının qarşısını alıb.

Nə baş verir?

Məlumdur ki, Osmanlı İmperiyası dağıldıqdan sonra 25 aprel 1920-ci ildə Fələstin mandatlığı yaradıldı.

O zaman mandatlığın 500 min əhalisi var idi, onların da cəmi 5 faizi yəhudilər idi. Lakin 1948-ci ildə İsrail müstəqiliyini bəyan edəndə artıq burada 646 min yəhudi yaşayırdı. 1949-cu ildə İsrail müstəqil dövlət kimi BMT-yə üzv oldu. Lakin Fələstinin dövlət müstəqilliyi nəinki tanınmadı, hətta onun elan edilməsinin qarşısı alındı. Halbuki Fələstin 1922-ci ildə BMT-nin sələfi olan Millətlər İttifaqı tərəfindən inzibati bölgə kimi tanınıb.

Lakin İsrailin 80 illik müstəqillik dövründə Fələstin sadəcə muxtariyyət kimi tanınıb. Yəni Fələstini dövlət kimi Qərbdə heç bir dövlət kimi tanımayıb. Uzun fasilədən sonra aparıcı dövlətlərin Fələstini müstəqil dövlət kimi tanıması xeyli təəccüb və sual doğurur.

Təbii ki, məsələyə bir qədər dərindən nüfuz edəndə “müstəqillik məsələsi”nin növbəti bir siyasi oyun olduğu ortaya çıxır.

Məlumdur ki, İsrail ötən 10 ildə Fələstin torpaqlarını qarış-qarış ələ keçirir. Hətta Qüdsdə İsrailin bəzi dövlət qurumlarının fəaliyyəti təşkil olunur. Bu azmış kimi ABŞ, Çexiya kimi dövlətlər öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürdü.

Bütün bunlardan sonra bəzi Avropa dövlətlərinin Fələstinin müstəqilliyini tanınması siyasi şoudan başqa bir şey deyil.

Avropa niyə buna getdi?

Məlumdur ki, Tramp hakimiyyətə gələndən sonra ABŞ-ın xarici siyasətində radikal dəyişikliklər baş verdi. Bu dəyişikliklər Avropa ölkələrinə də sirayət etdi. Xüsusən də ticari əlaqələrdə və Ukrayna məsələsində ciddi fikir ayrılıqları yarandı. Ağ Ev açıq şəkildə bəyan etdi ki, onlar artıq bir sıra, o cümlədən Ukrayna məsələsində təkbaşına hərəkət edəcək. Təbii ki, bu da aparıcı Avropa dövlətlərini ciddi şəkildə narahat etməyə başladı. Çünki bəzi Avropa dövlətləri Ukrayna müharibəsinə özlərinin müdafiəsi kimi baxır. 
 

Bir sözlə, bu və digər səbəblərdən ABŞ-la Avropa arasında yaranan soyuqluq Yaxın Şərq səmasında ildırım kimi çaxdı. Son zamanlar İsrail də birmənalı şəkildə ancaq ABŞ-la işbirliyində idi. Avropa dövlətlərinin müxtəlif təşəbbüsləri Təl-Əviv tərəfindən biganəliklə qarşılanırdı.


Üstəlik, Trampın özünü dünyaya sülh carçısı kimi elan etməsi Avropa liderlərinin qısqanclığına səbəb oldu. Ona görə də İsrailin Yaxın Şərqdəki son şıltaqlıqlarını Avropa dövlətləri cavabsız qoymaq istəmədilər. Məlumdur ki, İsrail üçün ən ağır cəza Fələstinin dövlət müstəqilliyinin tanınmasıdır. Bu qərar həm də Tramp üçün xoş olmayan bir sürprizdir.

Hətta Avropa bununla da dayanmaq fikrində deyil.

Xatırladaq ki, Fransada BMT-nin Fələstinin tanınmasına həsr olunmuş konfrans keçirilib. Bir müddət əvvəl Makron təsdiqləmişdi ki, Fransa Fələstin dövlətçiliyini BMT Baş Assambleyasının sessiyası çərçivəsində rəsmən tanıyacaq.

Onu da qeyd edək ki, İsrail Fransa tərəfindən Fələstin dövlətçiliyinin tanınması ilə bağlı gözlənilən addımlara sərt reaksiya verməyə hazırlaşır

“Politico”nun yayığı məlumata görə, İsrail “bir neçə fəaliyyət planı” üzərində işləyir. Ehtimal olunan addımlar sırasında Fələstin Milli Administrasiyasının idarəçiliyində olan İordan çayının qərb sahilindəki ərazilərin ilhaq prosesinin sürətləndirilməsi də var. 

Bundan başqa, diplomatik və simvolik xarakterli tədbirlər, o cümlədən Fransanın Qüdsdəki konsulluğunun bağlanması və Fransaya məxsus obyektlərə – o cümlədən xristianların ziyarətgahı sayılan Eleona məbədinə girişin məhdudlaşdırılması müzakirə olunur.

İsrailin xarici işlər nazirinin müavini Şarren Haskel Fransa radiosuna müsahibəsində bildirib ki, hələ 1948-ci ildə İsrail dövlətinin elanından əvvəl fəaliyyətə başlayan Fransanın Qüdsdəki diplomatik nümayəndəliyinin bağlanması məsələsi baş nazir Binyamin Netanyahunun gündəmindədir.

Bir sözlə, İsrail cavab addımlarında “heç nədən çəkinməyəcək”.

Təsadüfi deyil ki, Fransa prezidenti Emmanuel Makron bu məsələnin əsas təşəbbüskarı olub və onun Netanyahuyla dialoqu artıq daha gərgin xarakter alıb.

Təbii ki, Avropa dövlətlərinin əzələ nümayişi qarşısında rəsmi Vaşinqton boş dayanmaq istəmir. Belə ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda məhdud çərçivədə ərəb və müsəlman liderləri ilə görüş keçirməyi planlaşdırır. 
 

Sammit 29 sentyabrda Trampın İsrailin baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul etməsindən cəmi bir neçə gün əvvəl keçiriləcək.


Görüşün Qərb ölkələrinin biri-birinin ardınca Fələstin dövlətini tanıdığı, İsrailin isə cavab olaraq Qərb sahilinin bəzi ərazilərini ilhaq etməklə hədələdiyi bir vaxtda baş tutması təsadüf ola bilməz. Maraqlıdır ki, Ağ Ev mövzu ilə bağlı şərh verməkdən imtina edib.

Göründüyü kimi ABŞ-İsrail birliyi Avropanın bəzi dövlətləri ilə ciddi qarşıdurma mərhələsinə qədəm qoyur. Bu qarşıdurmada isə Fələstin qurbanlıq kimi ortaya atılıb.

Bəs bu qarşıdurmanın necə sonlanacaq?

Bunu artıq zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada ayılar kəndə hücum etdi - VİDEO

Qubada ayılar kəndə hücum etdi - VİDEO

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu - Fotolar

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu - Fotolar

Nyu-York polisi Trampın kortejinə görə Makronun da maşınını saxladı – VİDEO

Nyu-York polisi Trampın kortejinə görə Makronun da maşınını saxladı – VİDEO

Bu restoranın sahibi 8 sutkalıq həbs edildi

Bu restoranın sahibi 8 sutkalıq həbs edildi

Masallıda yeniyetmə itkin düşdü

Masallıda yeniyetmə itkin düşdü

İstanbulda metrobus QƏZASI – VİDEO

İstanbulda metrobus QƏZASI – VİDEO

Pezeşkian da ABŞ-a getdi

Pezeşkian da ABŞ-a getdi

Milyonluq villanın sirri — Anar Rzayev niyə susur?

Milyonluq villanın sirri — Anar Rzayev niyə susur?

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ – Rəsmi AÇIQLAMA

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ – Rəsmi AÇIQLAMA

Paşinyan onlara səsləndi: “Əsgərlərimiz Ermənistanın suveren ərazisindən kənarda nə gəzirdi?"

Paşinyan onlara səsləndi: “Əsgərlərimiz Ermənistanın suveren ərazisindən kənarda nə gəzirdi?"

ABŞ-dan İran rəsmilərinə SENSASİON QADAĞA – Nyu-Yorkun lüks mağazalarına gedə bilməyəcəklər

ABŞ-dan İran rəsmilərinə SENSASİON QADAĞA – Nyu-Yorkun lüks mağazalarına gedə bilməyəcəklər

Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

DTX-nin dövlətə xəyanətə görə saxladığı cinayətkar qrup üzvlərinin məhkəməsi BAŞLADI

DTX-nin dövlətə xəyanətə görə saxladığı cinayətkar qrup üzvlərinin məhkəməsi BAŞLADI

Ceyhun Bayramov Nyu-Yorkda Ararat Mirzoyanla görüşdü

Ceyhun Bayramov Nyu-Yorkda Ararat Mirzoyanla görüşdü

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Abşeronda elektrik açarını hansı qurum OĞURLAYIB? - Azərişıq”la “Azərenerji” ÜZ-ÜZƏ

Abşeronda elektrik açarını hansı qurum OĞURLAYIB? - Azərişıq”la “Azərenerji” ÜZ-ÜZƏ

Ərdoğan: “Netanyahu amansız şəkildə on minlərlə insanı qətlə yetirib” – VİDEO

Ərdoğan: “Netanyahu amansız şəkildə on minlərlə insanı qətlə yetirib” – VİDEO

Kişini maşınla vuraraq öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"

Kişini maşınla vuraraq öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"

Daha 5 dövlət Fələstin Dövlətini tanıdı

Daha 5 dövlət Fələstin Dövlətini tanıdı

Rüşvət alan sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR

Rüşvət alan sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR

Avropa İsrail gərginliyi PİK HƏDDƏ – Fələstin problemi qlobal qarşıdurmaya ÇEVRİLİR

Avropa İsrail gərginliyi PİK HƏDDƏ – Fələstin problemi qlobal qarşıdurmaya ÇEVRİLİR

Gəncin ölümünə səbəb olan sürücü məhkəmə zalından həbs edildi

Gəncin ölümünə səbəb olan sürücü məhkəmə zalından həbs edildi

FHN-dən sürücülərə MÜRACİƏT

FHN-dən sürücülərə MÜRACİƏT

Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto

Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto

End of content

No more pages to load

RADİO