Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Qeyd edək ki, bu, eyni ərazidə bu gün baş verən ikinci zəlzələdir. Gecə saatlarında Sındırgı rayonunda 4,9 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media