Boşanmanın tarixi bu gündən BAŞLAYIR – Keçmişdə necə boşanırdılar?

Bütün dinlərdə boşanma kişi və qadının haqqı kimi qəbul edilsə də, rəsmi olaraq boşanmalar tarixin müəyyən dövrlərində qadağan olunub. Avropada XVIII əsrə qədər boşanma qadağan idi.

Məhz 1792-ci ilin 20 sentyabrında Fransa İnqilabının bir hissəsi olaraq boşanma ilə bağlı qanun qəbul edildi. Lakin boşanma qadağası 11 il sonra, 1803-cü ildə Napoleon Bonapartın dövründə bərpa edildi və 1884-cü ilə qədər bir daha icazə verilmədi.


Fransızsayağı boşanma

O dövrdə Avropaya diqtə edən fransızlar bu səbəblərdən boşana bilərdi (digər dövlətlər üçün də bu, əsas sayılırdı) – həyat yoldaşlarından birinin dəliliyi, əxlaqsızlığı, mühacirət və hətta xarakterlərin uyğunsuzluğu. Bundan əlavə fransız kişi arvadını təhqir üstündə də boşaya bilərdi.

Hətta “alçaq” və “əclaf” sözləri ilə təhqir olunmaq kişinin boşanma ərizəsi verməsi üçün kifayət qədər əsas sayılırdı, arvadı təhqir etmək isə normal idi.

Rus kişi cadugər arvadını dərhal boşaya bilərdi

XVIII əsrin əvvəllərində Böyük Pyotrun dövlətin əsaslarını sarsıdan islahatları ailə hüququna da təsir etdi. Bu zamana qədər boşanma proseduru mövcud olsa da, bu dövrdən etibarən daha da mürəkkəbləşdi və bir müddət sonra qarşılıqlı razılıq əsasında boşanma qadağan edildi. Amma ər qəddar, ailə saxlamağa iqtidarı yox idisə, yaxud sürgünə göndərilirdisə, qadına boşanma icazəsi verilirdi. Kişiyə isə iki halda: arvadının əxlaqsızlığı və cadugərliyi ortaya çıxarsa dərhal boşanma haqqı tanınırdı.

Bu proses 1917-ci il inqilabına qədər davam etdi. İnqilabdan sonra boşanma dövlət qanunları ilə rəsmən tənzimlənməyə başladı.

ABŞ-da boşanmış ailə “damğalanmış” sayılırdı

O dövrdə ən demokratik və azad ölkələrdən biri olan ABŞ-də boşanma çətin bir prosedur olaraq qalırdı. Dağılmış bir ailə “damğalanmış” sayılırdı. Təbii ki, vəziyyət ştatdan ştata dəyişirdi.

Məsələn, Cənubi Karolina kimi mühafizəkar cənub ştatlarında boşanma ümumiyyətlə XX əsrə qədər qadağan idi. Lakin İndiana və ya Massaçusets kimi daha liberal şimal ştatlarında boşanmaya icazə verilirdi. Ancaq orada da boşanma üçün xəyanət, iqtidarsızlıq və uzun müddət partnyordan uzaqlaşıb başqası ilə yaşama, fiziki zorakılıq, alkoqolizm kimi ciddi səbəblər lazım idi. Hər il təxminən hər ştat üzrə 10 boşanmaya icazə verilirdi.

Azərbaycanda 70-ci illərdən boşanmalar artdı

Azərbaycanda İslam qaydalarına görə boşanma haqq sayıldığı üçün dini olaraq icazə verilirdi. Yəni İslam hüququ (şəriət) və digər yerli adət-ənənələr çərçivəsində boşanma mövcud olub. O da hər səbəbə görə mümkün deyildi. Ən əsas səbəb sonsuzluq idi.

1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra ailə və nikah məsələləri dövlətin səlahiyyətinə keçdi. 1926-cı ildə qəbul edilən Sovet Ailə Məcəlləsi ilə nikah və boşanma yalnız dövlət orqanlarında rəsmiləşdirilməyə başlandı. Boşanmaları sayı isə 70-ci illərdən başlayaraq artmağa başlayıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

End of content

No more pages to load

RADİO