Estoniya hava məkanını pozan Rusiya qırıcılarının FOTOLARI

İsveç Hərbi Hava Qüvvələri sentyabrın 19-da Estoniyanın hava məkanını pozan Rusiya qırıcılarının fotolarını yayıb.

Bizim.Media xəbər verir ki, İsveç Silahlı Qüvvələrinin X sosial şəbəkəsindəki hesabında bu barədə paylaşım edilib.

Bildirilib ki, şəkillər təyyarələr Estoniya ərazisini tərk etdikdən sonra, Baltik dənizi üzərində çəkilib.

İnsidentdən sonra JAS 39 Gripen qırıcıları Rusiya təyyarələrini izləyib və nəzarətdə saxlayıb.

“İsveç hər zaman müttəfiqlərlə birlikdə hava məkanımızın təhlükəsizliyini, müdafiəsini və bütövlüyünü təmin etməyə hazırdır”, – deyə paylaşımda bildirilib.
 

Xatırladaq ki, üç MiQ-31 icazəsiz olaraq Estoniyanın hava məkanında təxminən 12 dəqiqə qalıb. Buna cavab olaraq Tallin Rusiya diplomatını çağıraraq etiraz notasını təqdim edib və NATO-nun 4-cü maddəsi çərçivəsində məsləhətləşmələrə başlayıb. Həmin maddə üzv ölkələrin təhlükəsizlik və ərazi bütövlüyünə təhdidlərin kollektiv müzakirəsini nəzərdə tutur.


Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, sentyabrın 19-da üç MiQ-31 təyyarəsi Kareliyadan Kalininqrad vilayətinə planlı uçuş həyata keçirib və beynəlxalq hava məkanı qaydalarına riayət olunub. Nazirlik iddia edir ki, marşrut Baltik dənizinin neytral suları üzərindən, Vayndlo adasından 3 kilometrdən artıq məsafədə keçib və təyyarələr razılaşdırılmış trayektoriyadan kənara çıxmayıb.

ABŞ prezidenti Donald Tramp da hadisəyə münasibət bildirərək deyib: “Bu, mənim xoşuma gəlmir. Hesab edirəm ki, bu insident ciddi problemlərə gətirib çıxara bilər.”



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO