Suriyada ABŞ-a hücumlar planlaşdıran İŞİD-in yüksək vəzifəli üzvü məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, 19 sentyabr tarixində Suriyada keçirilən xüsusi əməliyyat nəticəsində ABŞ üçün birbaşa təhlükə hesab edilən İŞİD-in yüksək rütbəli üzvü, Ömər Əbdül Qədir zərərsizləşdirilib.
“Onun ölümü terror təşkilatının amerikalılara və müttəfiqlərə qarşı hücumlar planlaşdırmaq imkanlarını ciddi şəkildə azaldır”, – deyə CENTCOM-un açıqlamasında bildirilir.
Bizim.Media