“Onlar Siloam yazısına (qədim İvrit dilində yazılmış epiqrafik abidədir - red.) iddia edirlər, amma biz sizə nə bu yazını, nə də Qüdsə məxsus olan bircə daş parçasını belə vermərik. Biz Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bütün hiyləgər planlara baxmayaraq, mübarizəmiz 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulana qədər davam edəcək”, - Ərdoğan deyib.
Bizim.Media