Avropa Komissiyası Macarıstanın Rusiyaya qarşı sanksiyalara qoyduğu vetonu aşmaq məqsədilə Budapeştə dondurulmuş təxminən 550 milyon avro vəsaiti geri çəkməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, aylarla aparılan danışıqlardan sonra Brüssel Budapeştin tələb etdiyi vəsaitin böyük hissəsini — təxminən 550 milyon avronu verməyə hazırdır.
Qeyd edək ki, 2022-ci ildə Brüssel Macarıstan üçün nəzərdə tutulmuş 22 milyard avronu dondurmuşdu. 2023-cü ildə isə Ukraynaya yardıma qoyulmuş vetonun götürülməsi müqabilində 10 milyard avro hissə-hissə açılıb.
Bu il ölkə hüquqi boşluqdan istifadə edərək əlavə 157 milyon avro ala bilib.
Bizim.Media