İsrailin müdafiə naziri İsrael Katz Yəmən husilərinin lideri Əbdül-Məlik əl-Husini ölümlə təhdid edib.
Bizim.Media xəbər verir ki, israilli nazir bu barədə “X” hesabında paylaşım edib.
“Sənin də zamanın çatacaq. Hökumət üzvlərinizlə və şər qüvvələrlə görüşmək üçün cəhənnəmə gpndəriləcəksiniz.
Müdafiə naziri əlavə edib ki, husilərin üzərində “İsrailə ölüm, yəhudilərə lənət” şüarı yazılan bayrağının yerinə Yəmənin paytaxtında ağ-mavi İsrail bayrağı dalğalanacaq.
Bizim.Media