ABŞ Prezidenti Donald Tramp qoşunlarını Əfqanıstana qaytarmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp Böyük Britaniyanın baş naziri Kir Starmer ilə birgə brifinqdə bildirib.
"Yeri gəlmişkən, biz ora – Baqram aviabazasına qayıtmağa çalışırıq.
Bu, kiçik bir sensasion xəbər ola bilər... Ora Çinin nüvə silahı istehsal etdiyi məkandan cəmi bir saatlıq məsafədə yerləşir",– deyə Tramp açıqlayıb.
Bizim.Media