Parisdən Ajaccioya uçan Air Corsica təyyarəsi dərhal enə bilməyib, çünki növbətçi hava trafik nəzarətçisi iş yerində yuxuya gedib.
Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi yazıb.
Mənbə qeyd edir ki, təyyarə hava limanı üzərində 18 dəqiqə dairə vurmalı olub, pilotlar hətta Bastia ehtiyat hava limanına yönəlməyi də düşünüblər.
Yuxuya getmiş nəzarətçi yanğınsöndürmə xidmətləri tərəfindən oyadıldıqdan sonra eniş uğurla həyata keçirilib. Fransanın mülki aviasiya idarəsi bildirib ki, onun spirt testi mənfi çıxıb.
Hazırda onunla bağlı xidməti araşdırma başlanıb və mümkün sanksiyalar nəzərdən keçirilir.
Bizim.Media