Türk qoşunlarının Suriyadan çıxarılması yalnız sərhədlərin təhlükəsizliyinə tam zəmanət verildikdən və terror təhdidi aradan qaldırıldıqdan sonra mümkündür.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi bəyan edib.
Ankarada vurğulanıb ki, ordu Suriyada özünümüdafiə hüququ əsasında yerləşir. Missiyanın əsas məqsədləri ölkəni qorumaq və terrorizmə qarşı mübarizə aparmaqdır.
Bundan əlavə, qoşunların mövcudluğu “terror dəhlizi”nin yaradılmasının qarşısını almağa yönəlib.
Bizim.Media